İraq Türkmən Cəbhəsi millət vəkili Gülsel Məhəmmədin Kərkükdəki evinə silahlı hücum edilib.
Gülsel Məhəmmədin Kərkük şəhər mərkəzindəki evinə edilən silahlı hücumda ölən və ya yaralanan olmayıb.
İraq Türkmən Cəbhəsinin sədri Məhəmməd Seman Ağa hücumla bağlı açıqlamasında Gülsel Məhəmmədin evinə edilən silahlı hücumu şiddətlə qınadığını bildirib.
"Bu hücum Kərkük əyalətində təhlükəsizliyi və sabitliyi pozmaq üçün təhlükəli bir cəhddir və qanunun açıq şəkildə pozulmasıdır", - deyən Məhəmməd Seman Ağa, Kərkükdəki müvafiq təhlükəsizlik orqanlarını məsələ ilə bağlı təcili və şəffaf araşdırma başlatmağa, günahkarları müəyyən etməyə və onları ədalət mühakiməsinə cəlb etməyə çağırdı.
Kərkük Polis İdarəsindən verilən yazılı açıqlamada hücumu törədən şəxsin saxlanıldığı bildirilib.
Bəyanatda bildirilir ki, hücumdan dərhal sonra ərazidən təhlükəsizlik kamerası görüntüləri araşdırıldıqdan sonra cinayətkarın ünvanı müəyyən edilib və şübhəlinin 20 yaşında olduğu qeyd edilib.
Mövsüm,
AzNews.az