ABŞ ardıcıl şəkildə tərk etdiyi hərbi bazaların yerləşdiyi Suriyada qalan son baza — **Kasrak bazası**ndan da çəkilməyə start verib. Son bazanın tam boşaldılması ilə ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun başa çatacağı ehtimal olunur.
Son dövrlərdə Suriyada ABŞ qüvvələrinin sayının azaldıldığı, ölkədə yeni mərhələnin başlandığı bildirilir. Məlumata görə, təxminən min ABŞ hərbçisinin yerləşdiyi 8 bazadan 7-də geriçəkilmə artıq tamamlanıb.
ABŞ son bir ay ərzində Suriyanın Şəddadi və Tənəf bölgələrində yerləşən hərbi bazalarını tərk edib. Təhlükəsizlik mənbələri koalisiyanın Tənəfdəki mövcudluğuna son qoyaraq şəxsi heyət və texnikanı qonşu bazaya köçürdüyünü açıqlayıb.
Qeyd olunur ki, bu yenidən yerləşdirmə addımı ABŞ-ın Suriyadakı hərbi mövcudluğunu yenidən strukturlaşdırmaq məqsədi daşıyıb. ABŞ-ın bölgədəki strategiyasına uyğun olaraq mərhələli çəkilmənin davam edəcəyi istisna edilmir.
Mövsüm,
AzNews.az