Tbilisidə Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib.
AzNews.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin dəvəti ilə Tbilisiyə işgüzar səfərə gedib.
Səfər çərçivəsində ilk olaraq nümayəndə heyəti Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib. Baş prokuror və nümayəndə heyətinin üzvləri parkda ucaldılan abidə önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kamran Əliyev Azərbaycanın Gürcüstandakı səfirliyində görüş keçirib. Görüşlərdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyət perspektivləri müzakirə olunub.
Səfərin məqsədi Azərbaycan və Gürcüstan arasında hüquqi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsidir.
MƏLUMAT YENİLƏNİR