Avropa İttifaqı Qəzzadakı sülh prosesinin bir hissəsi olmaq istəyir.
AzNews.az-ın məlumatına görə, bu barədə Kaja Kallas qeyd edib.
Qəzzadakı sülh prosesi ilə bağlı Avropa İttifaqı (Aİ) tərəfindən yeni açıqlamalar verilməyə davam edir.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından əvvəl mətbuata açıqlama verib.
Kallas bildirib ki, Aİ xarici işlər nazirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini də müzakirə edəcəklər, lakin bu məsələ ilə bağlı hələlik razılıq əldə olunmayıb. O deyib: “Biz zəruri təzyiqi davam etdirəcəyik.”
Kallas Rusiya–Ukrayna danışıqlarında Aİ-nin masada təmsil olunmamasına toxunaraq qeyd edib: “Kimin Rusiya ilə danışmasından daha vacib olan, Rusiyanın hansı güzəştlərə gedəcəyini görməkdir.
Kallas vurğulayıb ki, Aİ Qəzzadakı sülh prosesinin bir hissəsi olmaq istəyir və bu çərçivədə Aİ-nin Rəfah Sərhəd Yardım Missiyası (EUBAM Refah) və Aİ-nin Fələstin Ərazilərində Polis Missiyası (EUPOL COPPS) mühüm rol oynaya bilər.
O, HƏMAS-ın silahsızlaşdırılması üçün Fələstin polisinə ehtiyac olduğunu və bu baxımdan EUPOL COPPS missiyasının faydalı ola biləcəyini bildirib. Kallas əlavə edib ki, İordaniya və Misir tərəfi ilə razılaşmalar mövcuddur, lakin İsrailin də təsdiqinə ehtiyac var.
Mövsüm,
AzNews.az