Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeni su anbarlarının tikintisi yeraltı suların bərpasına imkan yaradacaq.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, işğal dövründə bölgədə su ehtiyatlarına nəzarətin olmaması səbəbindən digər rayonlarda çoxsaylı artezian quyuları qazılıb:
"Hazırda bəzi ərazilərdə yeraltı su səviyyəsi ən aşağı həddədir. Qarabağ azad edildikdən sonra alternativ su mənbələri yaradılıb və indi həmin artezian quyularının mərhələli şəkildə bağlanması planlaşdırılır".