Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr naziri Staşa Koşarac (Staša Košarac) Azərbaycana səfər edəcək.
Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev məlumat verib.
Diplomat vurğulayıb ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcək.
"Bosniya və Herseqovina keçən ilki iclasın da iştirakçısı olub. Ölkə öz enerji alma imkanlarını genişlənləndirmək və şaxələndirmək üçün Azərbaycana böyük ümidlər bəsləyir. Xüsusilə ilə Serbiyada Azərbaycanın dəstəyi ilə elektrik stansiyasının tikilməsi Bosniya və Herseqovinada iki entitetdən biri olan Serb Respublikasının problemlərini bu yolla həll etməyə ümid yaradır. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq ki, bu, olduqca böyük həcmdir", - səfir deyib.