Stubb üç Avropa ölkəsini Aİ-yə qoşulmağa çağırdı

24 Fevral 2026 17:33 (UTC+04:00)

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, o, Böyük Britaniya, Norveç və İslandiyanın Avropa İttifaqına (Aİ) qoşulmasını istəyir.

O, VG qəzetinə verdiyi müsahibədə bildirib ki, "Aİ üzvlüyü Norveçin özünün verməli olduğu bir qərardır, baxmayaraq ki, şəxsən mən Böyük Britaniya, İslandiya və Norveçin də qoşulmasını istərdim" .

Onun sözlərinə görə, Norveç NATO üzvü olaraq təhlükəsizlik məsələlərində, xüsusən də Arktika bölgəsində mühüm rol oynayır. O, həmçinin Finlandiya, İsveç və Norveçin hazırda müdafiə məsələlərində daha sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Mövsüm,

AzNews.az