Anthony Albanese Kanberradakı rəsmi iqamətgahından partlayış təhlükəsi səbəbilə təxliyə olunub.
Bu barədə “News.com.au” portalı məlumat yayıb.
Məlumata görə, baş nazirin təxliyəsinə səbəb partlayış təhdidi olub.
Bildirilir ki, polis ərazini mühasirəyə alıb və hökumət başçısı təhlükəsiz yerə köçürülüb. Mütəxəssislər binanı diqqətlə yoxlasalar da, heç bir şübhəli əşya aşkar edilməyib.
Mövsüm,
AzNews.az