Rusiya ilə Ukrayna arasındakı müharibə davam edərkən, tərəflər qarşılıqlı bəyanatlarını sürdürürlər.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) tərəfindən Ukraynadakı müharibədə Avropanın rolu ilə bağlı diqqətçəkən bir açıqlama verilib.
Açıqlamada qeyd olunub: "Ukraynaya bir 'möcüzə silah' verilməli olduğuna inanılır. Əgər Kiyev nüvə və ya ən azından 'çirkli bomba' adlandırılan silaha sahib olarsa, hərbi əməliyyatların dayandırılması məsələsində daha əlverişli şərtlər əldə edə bilər."
İngiltərə və Fransanın Ukraynanı nüvə bombası ilə təmin etməyə hazırlaşdığı bildirilərək deyilib: "SVR-nin əlindəki məlumatlara görə, hazırda London və Paris Kiyevə bu növ silahların və onların çatdırılma vasitələrinin tədarükü istiqamətində aktiv fəaliyyət göstərir".
Açıqlamada həmçinin bildirilib: "Qiymətləndirilən variantlardan biri Fransız istehsalı olan M51.1 sualtı qayıqlardan atılan ballistik raketlərdəki TN-75 döyüş başlığıdır."
Almaniya Qoşulmaqdan İmtina Etdi
Almaniyanın bu plana qatılmaqdan imtina etdiyi qeyd olunaraq, "Berlin ehtiyatlı davranaraq bu təhlükəli təşəbbüsdə iştirak etməyi rədd etdi" ifadələri işlədilib.
Vurğulanıb ki, ingilislər və fransızlar bu planın "beynəlxalq hüququn, hər şeydən əvvəl Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) kobud şəkildə pozulması olduğunu və qlobal nüvə silahlarının yayılmaması sistemini məhv etmək riski daşıdığını" dərk edirlər.
"İngiltərə və Fransa Rusiyaya Qarşı Qələbə Şanslarının Qalmadığının Fərqindədirlər"
Bəyanatda daha sonra qeyd olunub: "Nəticə etibarilə, Qərbin səyləri Ukraynanın nüvə silahına sahib olmasını elə təqdim etməyə yönəlib ki, sanki bu silah ukraynalıların özləri tərəfindən hazırlanıb."
"İngiltərə və Fransa, Ukrayna Silahlı Qüvvələrinin əli ilə Rusiyaya qarşı arzuladıqları qələbəni qazanmaq şanslarının qalmadığını anlayırlar. London və Parisin bu son dərəcə təhlükəli planları onların reallıq hissini itirdiklərini göstərir".
Mövsüm,
AzNews.az