Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" və "Neftçi" İK turu itkisiz başa vurub

24 Fevral 2026 21:14 (UTC+04:00)

Futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.

AzNews.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Şuşa"nı 12:5 hesabı ilə üstələyib.

Ardınca "Neftçi" İK U-19komandasına 16:0 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə "Baku Fire" "Lənkəran"dan güclü olub - 8:3.

Xal durumu: "Neftçi" İK – 28, "Araz-Naxçıvan" – 28, "Baku Fire" – 20, "Şuşa" – 15, U-19 – 6, Lənkəran – 0.