ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycana aid sərgi təşkil edilib

24 Fevral 2026 21:20 (UTC+04:00)

ABŞ-nin Corc Vaşinqton Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə ölkəmizin tarixi və mədəni dəyərlərini əks etdirən sərgi təşkil olunub.

Aznews.az xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin "X"dəki hesabında məlumat yayılıb.

Sərgidə Bakı və Qazax xalçaları, milli geyim nümunələri, o cümlədən əl ilə toxunan corablar, eləcə də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən kəlağayılar nümayiş olunub.

Bundan əlavə, azərbaycanlı rəssamların "İpək Yolu" hekayələrindən ilhamlanaraq yağlı boya ilə çəkdikləri əsərləri ziyarətçilərə təqdim edilib.