Braziliyanın Minas Gerais ştatında üç gündür davam edən güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Çaylar daşaraq yaşayış məntəqələrini su altında qoyub, yıxılmış ağaclar binalara ziyan vurub, bəzi evlər torpaq sürüşməsi nəticəsində uçub və minlərlə insan evsiz qalıb.
Ən çox ziyan fövqəladə vəziyyət elan edilən Juiz de Fora və Uba şəhərlərində baş
Yanğınsöndürmə idarəsinin rəsmiləri fəlakət nəticəsində ölənlərin sayının 30-a çatdığını, itkin düşmüş 39 nəfərin axtarış əməliyyatlarının davam etdiyini açıqlayıblar. Federal hökumət bölgəyə çox sayda tibb və xilasetmə heyəti, eləcə də əsgər göndərib.
Minas Gerais qubernatoru Romeu Zema ştatda üç günlük matəm elan etdi, Braziliya prezidenti Luiz İnasio Lula da Silva isə sosial mediada başsağlığı verdi. Lula da Silva bildirib ki , "Bizim prioritetimiz humanitar yardımı dəstəkləmək, vacib xidmətlərin bərpası, məcburi köçkünlərə yardım göstərmək və yenidənqurma işləridir".
Mövsüm,
AzNews.az