Bütün müavinət, təqaüd və sosial yardımların ödənişi bu tarixdə yekunlaşacaq

25 Fevral 2026 14:24 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyindən məlumat verilib.

Aznews.az