Narendra Modi İsrailə səfər edib

25 Fevral 2026 16:14 (UTC+04:00)

Siyasi arenada diqqət çəkən görüş...

Hindistanın Baş naziri Narendra Modi Qəzzada müharibənin başlanğıcından bəri ilk dəfə olaraq İsrailə iki günlük səfər edib.

Modi Təl-Əviv yaxınlığındakı Lod şəhərindəki Ben Qurion Beynəlxalq Hava Limanına eniş edib

İsrail Baş naziri Binyamin Netanyahu tərəfindən qarşılanan Modi, təyyarədən düşməzdən əvvəl qonaqpərvər nümayəndə heyətini salamlayıb.

Daha sonra iki prezident qucaqlaşıb.

Netanyahu daha sonra Hindistanın Baş naziri Modini həyat yoldaşı ilə tanış edib.

Modi ilə Netanyahu arasındakı səmimi anlar kameralar tərəfindən lentə alınıb.

Netanyahu əvvəllər bildirmişdi ki, "Gözlərimin önündə gördüyüm vizyonda, Yaxın Şərq ətrafında və ya daxilində tam bir sistem, mahiyyət etibarilə bir növ altıbucaqlı ittifaq yaradacağıq. Buraya Hindistan da daxildir" və Hindistanın bu təklifə müsbət cavab verməsi gözlənilir.

Mövsüm,

AzNews.az