Kreml Putin, Tramp və Zelenskinin üçtərəfli görüşünün hansı halda mümkün ola biləcəyini açıqlayıb

25 Fevral 2026 22:42 (UTC+04:00)

Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli görüşü yalnız razılaşmaların tamamlanması üçün mümkündür.

Aznews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin üçtərəfli formatda şəxsən görüşməsinin yalnız razılaşmaların yekunlaşdırılması üçün mənası var", - o deyib.

Peskov qeyd edib ki, Kiyev hazırkı danışıq mövqelərini saxladığı müddətcə Putin və Zelenskinin mümkün görüşünün məzmunu sual altında qalır.

O həmçinin vurğulayıb ki, Zelenskiyə Moskvaya gəlmək təklifi qüvvədə qalır.