Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində gümüş medal qazanıb.
Aznews.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz reytinq turnirində finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə (0:10) məğlub uduzub.
İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Akşay Tanaci Dhereyə 9:2 hesabıyla qalib gələrək reytinq turnirində bürünc medal qazanıb.