Qalatasaray həm uduzdu, həm də uddu

26 Fevral 2026 02:43 (UTC+04:00)

Bu gecə UEFA Çempionlar Liqasının play-off turu revanşında Türkiyə təmsilçisi Qalatasaray İtaliyanın Yuventus klubuna qarşı dramatik bir oyunda qələbəyə imza atdı.

90 dəqiqəsi 3-0 meydan sahiblərinin xeyrinə başa çatan qarşılaşmanın uzatma dəqiqələrində Qalatasaray 2 qol vurub. Ümumi hesabda 7-5 qalib gələn İstanbul klubu növbəti mərhələyə adlayıb.

Oyunda "Yuventus"un qollarını Manuel Locatelli, Federico Qatti və Veston McKennie vurub. "Qalatasaray"ın qolları isə Victor Osimhen və Barış Alper Yılmazın adına bağlıdır.

AzNews.az