Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

26 Fevral 2026 11:22 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub.

Dövlət başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış olublar və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.