Nazirlik büdcə layihəsini təqdim etdi

18 Sentyabr 2013 09:17 (UTC+04:00)
Maliyyə Nazirliyi 2014-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, "Büdcə sistemi haqqında" qanunun 11.15-ci maddəsi rəhbər tutulmaqla, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri 2013-cü il sentyabrın 13-də Nazirlər Kabinetinə təqdim edilib.

AzNews.az