Türkiyə MN Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verdi

26 Fevral 2026 11:24 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

Aznews.az xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında bildirilib.

“Ürəkləri yandıran vəhşət – Xocalı qətliamı… 34 il əvvəl Xocalıda amansızcasına qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyirik, Azərbaycan türkü qardaşlarımızın acısını ürəkdən bölüşürük”, - qeyd olunub.