Gözləntilərimiz Rusiya Prezidentinin səsləndirdiyi yanaşmanın təsdiqini tapmasıdır - Nazir

26 Fevral 2026 09:45 (UTC+04:00)

AZAL təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır.

Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, rəsmi Bakının gözləntisi ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın təsdiqini tapmasıdır: “Hesab edirik ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. Hansı ki, təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz bundan ibarətdir”.