Omanın vasitəçiliyi ilə Cenevrədə İran-Amerika nüvə danışıqlarının üçüncü raundu başlayıb.
Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
Telegram kanalının verdiyi məlumata görə, "İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə dolayı nüvə danışıqlarının üçüncü raundu bu gün Cenevrədə hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə başlayıb".
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Ağ Evin xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edəcək. Görüş Oman səfirliyində keçirilir və Oman xarici işlər naziri Bədr əl-Busaidi tərəfindən nəzarət olunur.
Mövsüm,
AzNews.az