Kuba ABŞ-da qeydiyyatdan keçmiş gəmiyə hücum etdi: 4 nəfər həlak oldu

26 Fevral 2026 14:37 (UTC+04:00)

Kuba ABŞ-də qeydiyyatda olan bir sürət gəmisini hədəfə alıb.

Kuba Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.

“Dayan” əmrinə tabe olmayan gəmiyə atəş açılıb

Açıqlamada bildirilib ki, ABŞ-ın Florida ştatından gəldiyi müəyyən edilən, “FL7726SH” qeydiyyat nömrəli sürət gəmisinin Villa Klara əyalətinə bağlı Falkones adacığı istiqamətində yaxınlaşdığı aşkarlanıb.

“Dayan” əmrinə tabe olmayan gəmidən atəş açıldığı və nəticədə silahlı qarşıdurma baş verdiyi qeyd olunub. Hadisə zamanı gəminin göyərtəsində olan 4 nəfərin öldüyü bildirilib.

7 nəfər yaralanıb

Məlumata görə, yaralanan 7 nəfərdən biri kubalı təhlükəsizlik əməkdaşıdır.

Səlahiyyətli orqanlar sürət gəmisində olan şəxslərin kimliyi barədə əlavə məlumat açıqlamayıb.

Mövsüm,

AzNews.az