4 polisin qatili özünü yandırdı

18 Sentyabr 2013 09:31 (UTC+04:00)
4 nəfəri güllələmiş avstriyalı brakonyer evində ölü tapılıb.

Cinayətkarın özünü yandıraraq intihar etdiyi istisna olunmur.

Polisdən verilən məlumata görə, Danube çayının sahilindəki Mölk şəhərinin yaxınlığındakı Qrosspriel qəsəbəsindəki evdə yaşayan 55 yaşlı ovçu Aloiz Huber dünən brakonyerlikdə suçlanmışdı. Polis onu həbs etməyə çalışırdı.

Fəqət, Huber "evimə yaxın gələni vuracağam" deyərək polisə müqavimət göstərməyə başlayıb.

Die Press-in məlumatına görə, atışma zamanı polislərdən biri həlak olub. Huberin açdığı atəş nəticəsində güllə polis əməkdaşının zirehli jiletini dəlib.

Yaralı polisə yardım etməyə çalışan sanitarı da Huber güllələyib.
55 yaşlı brakonyer evdən çıxaraq dağlara qaçmağa çalışanda polis patrulu ilə üzləşib. Polislərdən birini qətlə yetirən Huber ikinci polis zabitini girov götürüb, patrul maşınını qaçırıb.

Annaberq kommunasındakı evinə yollanan Huber burada qapı-pəncərələri bağlayaraq yenidən atışmağa başlayıb. O, girov götürdüyü polisi də öldürüb.

Xüsusi təyinatlı 100 polis əməkdaşı binanı 6 saat mühasirədə saxlayıb. Cinayətkarla danışıqlar nəticə verməyəndə polis hücuma keçib.

Salzburg24 bildirir ki, bu zaman evdə yanğın başlayıb.
Polisdən verilən məlumata görə, Aloiz Huberin ovçuluq lisenziyası bir neçə il əvvəl ləğv olunub.(milli.az)

AzNews.az