Kim Çen Indən Vaşinqtona: Əgər bizə hörmətlə yanaşılsa, yola gedə bilərik

26 Fevral 2026 19:16 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In hakim Koreya İşçi Partiyasının (KİP) 9-cu qurultayı çərçivəsində keçirilən siyasət icmalı iclasında çıxış edib.

Kim ABŞ-a şərti mesaj göndərərək, "Əgər ABŞ konstitusiyamızda müəyyən edilmiş hazırkı statusumuza hörmət edirsə və Şimali Koreyaya qarşı düşmən münasibətindən əl çəkirsə, yola getməməyimiz üçün heç bir səbəb yoxdur", - deyə qeyd edib.

Kim bildirib ki, Vaşinqton hazırkı siyasətini davam etdirərsə, Pxenyana cavab verəcək və iki ölkə arasındakı münasibətlərin gələcəyi ABŞ-ın yanaşmasından asılıdır.

Kim Cənubi Koreya hökumətinin gərginliyi azaltmaq səylərini "aldatma " adlandıraraq, "Yanaşı yaşamaq və sonsuz münaqişə mümkündür . Biz hər ikisinə hazırıq; seçim bizim deyil", - deyə vurğulayıb.

Mövsüm,

AzNews.az