Emin Əmrullayev Türkiyə və Macarıstan səfirləri ilə görüşüb

26 Fevral 2026 20:46 (UTC+04:00)

Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb.

Bu barədə Aznews.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Nazir həmçinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.