Pakistan və Əfqanıstan sərhədində yenidən toqquşmalar başlayıb

26 Fevral 2026 22:17 (UTC+04:00)

Pakistan və Əfqanıstan Silahlı Qüvvələrinin toqquşmaları altı sərhədyanı əyalətdə başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə "TOLO News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

İki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışma başlayıb.

Son məlumatlara görə, Pakistanın mövqeləri Nanqarhar vilayətinin Qoşta rayonunda və Kabil tərəfindən tanınmayan ərazidə, iki dövlətin sərhədi - Kunar vilayətinin Dürand xətti yaxınlığında ələ keçirilib.