AB Belarusun bir sıra məmur və iri şirkətlərinə qarşı sanksiya tətbiq edib

26 Fevral 2026 22:24 (UTC+04:00)

Avropa İttifaqı Rusiyanı dəstəklədiyinə görə müxtəlif xüsusi təyinatlı qüvvələrin komandirləri və zabitləri də daxil olmaqla 54 Belarus təhlükəsizlik məmuruna və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Aznews.az xəbər verir ki, bu, Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunmuş AB Şurasının qətnaməsində öz əksini tapıb.

Sanksiyalar Ukrayna müharibəsində Rusiyanı dəstəklədiyinə və Brüsselin insan haqlarının pozulması ittihamlarına əsaslandığına görə tətbiq edilib.

AB bundan başqa Minsk Təkər Traktor Zavodu (MZKT), “Grodno Azot” və “Belaruskali” də daxil olmaqla böyük Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.