MSK-dan Siyavuş Novruzovun şikayətinə reaksiya

18 Sentyabr 2013 09:54 (UTC+04:00)
""Azadlıq" qəzeti ilə bağlı hələ ki, MSK-ya müraciət olunmayıb. Amma Siyavuş Novruzov narazılıqla bağlı rəsmən müraciət etsə, məsələ araşdırılacaq".

Bunu Modern.az-a açıqlamasında MSK katibi Mikayıl Rəhimov deyib.

"Mətbuatla iş üzrə əlaqə MSK-da Azər Tağıyevin rəhbərliyi xüsusi qrup yaradılıb. Bu, MSK-nın qərarıdır. Mətbuat Qrupu kütləvi informasiya vasitələrində aparılan təbliğatın seçki qanunvericiliyinə uyğun olub-olmaması ilə bağlı prosesləri izləyir. Siyavuş Novruzovun qaldırdığı məsələdə qanundan kənar vəziyyət varsa, Mətbuat Qrupu tezliklə ona münasibət bildirəcək".

Mikayıl Rəhimovun sözlərinə görə, hər hansı KİV seçkilərdə namizədlərə eyni meyarla yanaşmalıdır. Mətbuat orqanında ayrıca olaraq hansısa namizədin təbliğatı aparılıbsa, digər namizədlərin də həmin KİV-ə müraciət etmə imkanı tanınmalıdır".

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov "Azadlıq" qəzetinin ödənişli təbliğata qoşulmadığı halda, prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyası aparmasına narazılığını ifadə edib.

AzNews.az