Son illərdə dünyanın müxtəlif bölgələri artan münaqişə potensialına malik ərazilərə çevrilib. Bunlardan biri Pakistan və Əfqanıstan arasındakı Durand Xəttidir.
Dünən gecə Pakistan ordusu terror aktlarını əsaslandıraraq Əfqanıstandakı müxtəlif mövqelərə hücumlar həyata keçirib. Əfqanıstanın cavab tədbirləri sürətli olub.
Pakistan: "130-dan çox insan öldürülüb"
Pakistanın informasiya naziri Attaullah Tarar sosial media paylaşımında Pakistan ordusunun Əfqanıstan tərəfində keçirdiyi əməliyyatlarda 133 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını iddia edib. Tarar Kabil, Paktiya və Qəndəhardakı hədəflərə zərbələr endirildiyini və ölənlərin sayının arta biləcəyini bildirib.
ƏFQANISTAN: "55 pakistanlı əsgər öldürüldü"
Buna cavab olaraq Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrət cavab əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü, 23 əsgərin cəsədinin və çoxsaylı silahların müsadirə olunduğunu iddia etdi. Həmçinin Pakistan ordusunun qərargahının və 19 nəzarət məntəqəsinin ələ keçirildiyi bildirilib.
Pakistan Prezidenti Asif Əli Zərdari ölkəsinin sülh və ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini vurğulayıb. Zərdari bildirib ki , "Sülhümüzü zəifliklə səhv salanlar sərt cavabla qarşılaşacaqlar".
Baş nazir Şahbaz Şərif həmçinin bildirib ki, Pakistan xalqı və silahlı qüvvələri ölkənin təhlükəsizliyini qorumağa hazırdır: "Qüvvələrimiz istənilən təcavüzkar niyyəti məhv etməyə qadirdir".
Mövsüm,
AzNews.az