İsveçin Müdafiə Naziri nüvə silahlarını yerləşdirməyə hazır olduğunu açıqladı

27 Fevral 2026 16:36 (UTC+04:00)

İsveçin müdafiə naziri Pol Conson bildirib ki, hərbi vəziyyət elan olunarsa, İsveç öz ərazisində nüvə silahlarının yerləşdirilməsini nəzərdən keçirə bilər.

Bu barədə “Sveriges Radio” məlumat yayıb.

Məlumatda bildirilir ki, "müharibə dövründə İsveç ərazisində nüvə silahlarının mövcudluğu istisna edilə bilməz".

Qeyd olunur ki, 2023-cü ildən İsveç NATO-ya qoşulana qədər tərəflər sülh dövründə dövlətin ərazisində nüvə silahının olmaması barədə razılığa gəliblər.

Mövsüm,

AzNews.az