Böyük Britaniya bu gün İrandakı diplomatik heyətini təhlükəsizlik səbəbi ilə təxliyə edib.
APA xəbər verir ki, bu barədə "Sky News" Britaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda təxliyənin müvəqqəti xarakter daşıdığı bildirilib.
Qeyd olunub ki, bu addım Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün atılıb.
AzNews.az