ABŞ prezidenti Donald Tramp cümə günü jurnalistlərə deyib ki, İranla aparılan danışıqlar onun istədiyi kimi getmir və o, bu vəziyyətdən məmnun deyil.
Bu barədə AzNews.az ABŞ mediasına istinadən xəbər verir.
“Ona görə məmnun deyiləm ki, onlar bizə lazım olan şərtləri qəbul etməyə hazır deyillər. Buna görə də qətiyyən razı deyiləm. Görək nə baş verəcək, bu gün əlavə danışıqlar da olacaq. Amma, yenə deyirəm, mən onların getdiyi yol ilə razı deyiləm,” – deyə Trump bildirib.
ABŞ prezidenti həmçinin jurnalistlərə bildirib ki, İrana zərbə endirməklə bağlı son qərarını hələ verməyib, lakin bu, yaxın gələcəkdə baş verə biləcək hadisələrdən biridir.
AzNews.az