Şamaxıda dördüncü zəlzələ qeydə alındı

28 Fevral 2026 09:23 (UTC+04:00)

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.