İsrail ordusu Livanın cənubunda Hizbullah infrastrukturuna zərbələr endirib.
Aznews.az İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, ordu Hizbullahın “hərbçilərimizi və dövlətimizi hədəfə almaq üçün istifadə etdiyi yeraltı obyektləri” vurub.
Bəyanatda Hizbullahın öz hücum potensialını canlandırmağa çalışdığı və bunun İsrail və Livan arasında əldə olunan razılaşmalara zidd olduğu qeyd olunub.