İsrail və ABŞ tərəfindən birgə həyata keçirilən əməliyyat çərçivəsində İrana endirilən zərbələrə İsraildə müxalifət liderləri dəstək ifadə ediblər.
Müxalifət lideri Yair Lapid bildirib: “Hamımıza xatırlatmaq istəyirəm: İsrail xalqı güclüdür. İsrail Müdafiə Qüvvələri və Hərbi Hava Qüvvələri güclüdür. Dünyanın ən güclü dövləti bizimlədir.”
O əlavə edib ki, “Belə məqamlarda biz birlikdə dayanırıq – və birlikdə qalib gəlirik. Nə koalisiya var, nə müxalifət, yalnız bir xalq və bir ordu var və hamımız onların arxasındayıq.”
Yisrael Beytenu partiyasının sədri Avigdor Liberman isə bazar ertəsi axşamı başlayacaq Purim bayramına istinad edib.
O yazıb: “Hamanı necə məğlub etdiksə, Xameneini də məğlub edəcəyik”, – deyə Purim hekayəsindəki fars mənşəli obraz və İranın ali liderinə işarə edib.
Mövsüm,
AzNews.az