SEPAH İsrailə raket və dron hücumlarının ilk dalğasının başladıldığını elan etdi

28 Fevral 2026 12:52 (UTC+04:00)

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı raket və dron hücumlarının başladıldığını elan edib.

Aznews.az İran mediasına istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “düşmənin İran İslam Respublikasına təcavüzünə cavab olaraq, raket və dron hücumlarının ilk dalğası başlayıb”.