Rza Pəhləvi "İranın xilaskarı, Rza Pəhləvi” imzası ilə İrana çağırış edib

28 Fevral 2026 13:08 (UTC+04:00)

Sürgündə yaşayan İran şahının oğlu Rza Pəhləvi “İranın xilaskarı, Rza Pəhləvi” imzası ilə yaydığı müraciətdə bildirib:

“Əziz həmvətənlərim, çox mühüm bir an yetişib. Amerika Birləşmiş Ştatlarının Prezidenti İranın cəsur xalqına vəd etdiyi dəstək nəhayət çatdı. Bu humanitar müdaxilədir; hədəfi İranın böyük ölkəsi və xalqı deyil, İslam Respublikası, onun repressiya aparatı və ölüm maşınıdır. Lakin bu yardıma baxmayaraq, son qələbə yenə də bizim olacaq. Bu son mübarizədə işi tamamlayacaq olan biz – İran xalqıyıq. Küçələrə qayıtmağın vaxtı yaxınlaşır. İslam Respublikası çökərkən, ölkənin hərbçilərinə, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinə mesajım aydındır: Siz İranı və İran xalqını qorumağa and içmisiniz, İslam Respublikasını və onun rəhbərlərini deyil. Sizin vəzifəniz xalqı müdafiə etməkdir, vətənimizi zorakılıq və cinayət yolu ilə girov saxlayan bir rejimi yox.”

Mövsüm,

AzNews.az