Bəhreyn Daxili İşlər Nazirliyi İranın Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına mümkün hücumu barədə xəbərdarlıq etmək üçün hava hücumu siqnallarının aktivləşdirildiyini açıqlayıb.
Bildirilir ki, bu addım ABŞ və İsrailin səhər saatlarında İrana endirdiyi zərbələrə cavab ehtimalı ilə əlaqədardır.
Ərəb mediasının yaydığı məlumatlara görə, İranın hücumu başlayıb, paytaxt Manamada partlayış səsləri eşidilib və tüstü müşahidə olunub.
Mövsüm,
AzNews.az