Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salınıb

28 Fevral 2026 13:33 (UTC+04:00)

Daxili işlər naziri V.Eyvazovun martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Bu barədə Aznews.az-a DİN-dən bildirilib.

“Bu barədə əlavə məlumat veriləcək”, - qeyd edilib.