İranın səması hücumlardan sonra boşalıb, regional dövlətlər hava məkanını bağlayıb

28 Fevral 2026 14:25 (UTC+04:00)

ABŞ və İsrailin birgə zərbələrindən sonra şənbə günü İranda mülki təyyarələrin hərəkəti demək olar ki, dayanıb, bir sıra regional ölkələr hava məkanlarını bağlayıb və böyük aviaşirkətlər uçuşlarını ləğv edib.

Aznews.az-ın xəbərinə görə, bu barədə “Flightradar24” məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri, Qatar və İraq hava məkanını bağlayan ölkələr arasındadır, həmçinin gərginliyin artması səbəbindən aviaşirkətlər Orta Şərqdəki bir çox istiqamətə xidmətləri dayandırıb.

Almaniyanın Lufthansa şirkəti 7 martadək Tel-Əviv, Beyrut və Əmman uçuşlarını dayandıracağını və şənbə-bazar günləri Dubaya uçuşları təxirə salacağını açıqlayıb. Hollandiya aviaşirkəti KLM isə Amsterdam-Tel-Əviv uçuşunu ləğv edib.

Air France 28 fevral üçün planlaşdırılmış Tel-Əviv və Beyrut uçuşlarını ləğv edəcəyini bildirib. Macarıstanın aşağıbüdcəli aviaşirkəti Wizz Air İsrail, Dubay, Əbu-Dabi və Əmman istiqamətində bütün uçuşları 7 martadək dayandırıb.

Air Arabia isə İrana, İraqa və regiondakı digər istiqamətlərə uçuşları ləğv etdiyini açıqlayıb.

Mövsüm,

AzNews.az