İran ordusu baş komandan Əmir Hatəminin sağ olduğunu açıqlayıb

28 Fevral 2026 14:50 (UTC+04:00)

İran ordusunun baş komandanı Əmir Hatəminin ölüm xəbəri təkzib edilib.

Aznews.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Əmir Hatəmi sağdır və fəaliyyətini davam etdirir.

Məlumatda eyni zamanda, xalqa “şayiələrə inanmamağa və sadəcə rəsmi mənbələrə istinadən etməklə” bağlı çağırış edilib.