İranda internet bağlantısı qısa müddətdə kəskin şəkildə azalaraq minimum səviyyəyə enib.
Aznews.az xəbər verir ki, bu barədə “NetBlocks” məlumat yayıb.
Qurum bildirib ki, bu kəsinti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra qeydə alınıb.
Paylaşılan qrafiklərdə 24–28 fevral tarixləri arasında nisbətən sabit qalan bağlantı səviyyəsinin son ölçmədə ani enişlə 4 faizədək gerilədiyi görünür.
İran rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, ölkədə daha əvvəl də genişmiqyaslı etiraz aksiyaları və təhlükəsizlik əməliyyatları zamanı internetə çıxışın məhdudlaşdırıldığı halları müşahidə olunub.
Mövsüm,
AzNews.az