BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.
Aznews.az xəbər verir ki, Şuranın 10112-ci iclası 28 fevral 2026-cı il tarixində 16:00-da (Bakı vaxtı ilə 1 mart saat 01:00) Nyu-Yorkda keçiriləcək.
İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.
Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.