İranın ali lideri Ayətullah Əli Xamneyinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.
Bu barədə Reuters-ə İsrail qaynaqları məlumat verib.
Agentliyin canlı yayımlanan xəbər səhifəsində İsrail rəsmisinə istinadla deyilir ki, İranın ali lideri Ayətullah Əli Xamneyinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.
Xatırladaq ki, günorta saatlarında İran Xarici İşlər Naziri Əraqçi Xəmneyinin "bildiyim qədər yaşayır" demiş və onun həyatda olması barədə şübhə oyatmışdı.
İsrail baş naziri Netanyahu isə xalqla müraciətində İran liderinin həyatda olmamasına dair əlamətlərin artdığını bildirmişdi.
Bu arada İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.
Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Qeyd edək ki, İran rəsmiləri və mediası bu barədə hələlik heç bir məlumat açıqlamayıb.
AzNews.az