Bu gün səhər saatlarında İranın hücumundan sonra İraqın Ərbil beynəlxalq hava limanında yerləşən ABŞ aviabazasında yanğın baş verib.
Aznews.az xəbər verir ki, bu barədə “əl-Cəzira” telekanalı məlumat yayıb.
Qeyd edək ki, İran ABŞ-İsrail hücumlarına cavab olaraq, İraqın Ərbil şəhəri də daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.