İranda Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edildi

1 Mart 2026 10:34 (UTC+04:00)

İran hökuməti Ali Rəhbər Əli Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib.

Aznews.az “əl-Cəzira”ya istinadən xəbər verir ki, hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.

“IRIB News”un məlumatına görə Xamenei vəzifə borcunu yerinə yetirdiyi zaman həlak olub. Hücumun şənbə gününün erkən saatlarında baş verdiyi bildirilir.