İranda qızlar məktəbində ölən şagirdlərin sayı 148-ə çatdı

1 Mart 2026 11:00 (UTC+04:00)

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

Aznews.az xəbər verir ki, bu barədə Miyanab Prokurorluğu məlumat yayıb.

Hava zərbəsi nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb, 95 yaralı var.