Möhtəşəm Qəzəb Əməliyyatında neçə ABŞ hərbiçisi ölüb? - Komandanlıqdan açıqlama

1 Mart 2026 19:42 (UTC+04:00)

Üç amerikalı hərbi qulluqçu “Operation Epic Fury” – İrana qarşı həyata keçirilən əməliyyatlar zamanı həlak olub, beş nəfər isə “ağır yaralanıb”.

AzNews.az xəbər verir ki, Bu barədə ABŞ ordusu məlumat yayıb.

Qəlpə yaraları və beyin silkələnməsi alan bir neçə digər hərbçi isə tibbi yardım aldıqdan sonra yenidən xidmətə qayıtmağa hazırlaşır.

Mərkəzi Komandanlıq qeyd edib ki, həlak olan hərbçilərin kimliyi ailələrinə məlumat verildikdən 24 saat sonra açıqlanacaq.

Bu arada Reauters məlumat yayıb ki, Tehranda partlayışdan sonra binaların üzərindən tüstü qalxır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazar günü səhər yaydığı yeniləmədə bildirib ki, “əsas döyüş əməliyyatları davam edir və cavab tədbirlərimiz sürür.”

AzNews.az