Trampdan İranla bağlı yeni açıqlama: "İşlərimiz əla gedir"

1 Mart 2026 20:06 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hücumlarla bağlı açıqlama verib.

ABŞ və İsrailin birgə təşkil etdiyi hücumlar zamanı İrana zərbələr endirilib, ölkənin ali lideri Əli Xəmneyi öldürülüb.

Dünya mediasının gündəmini Xəmneyinin ölüm xəbərləri tutduğu anda ABŞ Prezidenti Donald Tramp yeni bəyanat verib.

Tramp əməliyyat zamanı 48 İran komandanın eyni anda öldürüldüyünü bildirərək deyib:

“48 komandanı eyni anda öldürdük. İşlər əla gedir, əldə etdiyimiz uğur inanılmazdır. Neçə hədəfin qaldığını da bilirik.”